Hindistanın paytaxtı Yeni Dehlidə tarixi Qırmızı qala yaxınlığında avtomobilin partladılması nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə NDTV məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində yaxınlıqda olan üç-dörd maşın yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın göndərilib, polis bütün ərazini mühasirəyə alıb.
***
Hindistanın Dehli şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.
***
Köhnə Dehli rayonunda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Bundan əlavə, partlayışda ən azı 22 avtomobil və avtorikşa yanaraq yararsız hala düşüb. \\Axar.Az