Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Day.Az APA-ya istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.
İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan idmançılarının da iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.