AZ

Boksçumuz İslamiadada qızıl medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.

İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.

Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan idmançılarının da iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilən
13
9
nocomment.az

10Mənbələr