EN

Mədəniyyət Nazirliyi bayraqla bağlı səhvini hələ də aradan qaldırmayıb

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi hələ də aradan qaldırmayıb.

“Yeni Sabah”ın xəbərinə görə, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silməyib. 

Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunub və 7 güşə formasında verilib. 

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar bayrağın təhrif olunmasına görə nazirliyi qınayır və paylaşımın silinməsini tələb edirlər. 

Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
61
yenisabah.az

1Sources