EN

“Azərbaycana ilk dəfə gəlirəm, gözəl nəticələr əldə etməyə çalışırıq”

"Gəncə gözəl və tarixi şəhərdir".

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının iştirakçısı fransalı Şeffer Klemantin açıqlama verib.

O, gənclər və 15 yaşadək idmançılar arasında baş tutan yarışla bağlı təəssüratlarını bölüşüb:

Azərbaycana ilk dəfə gəlirəm. Gəncə gözəl və tarixi şəhərdir. Buradakı yarışda iştirak etdiyim üçün çox məmnunam. Turnirdə gözəl nəticələr əldə etməyə çalışırıq".

Avropa birinciliyində ümumilikdə 20 ölkədən 380 gimnast iştirak edir.

Chosen
60
sportinfo.az

1Sources