EN

Əl Şaraa: 11 sentyabr hücumları ilə heç bir əlaqəm yoxdur

BAKI, 11 noyabr. TELEQRAF

Suriya müvəqqəti prezidenti Əhməd Əl Şaraa bəyan edib ki, 2001-ci il sentyabrın 11-də baş verən terror aktı ilə onun heç bir əlaqəsi yoxdur.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib

“O zaman çox gənc idim və qərarvermə səlahiyyətim yox idi,” Əl Şaraa deyib.

O əlavə edib ki, həmin dövrdə terror təşkilatı “Əl-Qaidə” onun bölgəsində fəaliyyət göstərməyib.

Chosen
46
teleqraf.com

1Sources