EN

"Kreml sehrbazı" filminin ilk treyleri yayımlandı - Video

Rusiya lideri Vladimir Putindən bəhs edən "Kreml sehrbazı" adlı filmin treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, film 21 yanvarda dünya miqyasında yayımlanacaq.

Layihənin Rusiyada izləyicilərə təqdim edilib-edilməyəcəyi isə hazırda məlum deyil.

Qeyd edək ki, "Kreml sehrbazı" Ciuliano da Empolinin eyniadlı kitabı əsasında çəkilib. Filmdə Putini məşhur aktyor Cud Lou canlandırıb. Filmin rejissoru və ssenaristi isə Olivye Assayasdır.

Film avqust ayında Venesiya Film Festivalında nümayiş etdirilmişdi.

Chosen
25
50
publika.az

10Sources