EN

ABŞ Livan hakimiyyətinə "Hizbullah"ı zəiflətmək üçün iki ay vaxt verib

Bakı. Trend:

Livana gələn Amerika nümayəndə heyəti Livanın "Hizbullah"hərəkatının maliyyə və hərbi imkanlarını azaldacaq tədbirlər görməküçün Beyruta iki ay vaxt verib.

Trend-in məlumatına görə, bu barədə "LBCI" televiziya kanalımənbələrə istinadən xəbər verib.

"Mənbələr bildirib ki, Livanın Baş naziri Nəvaf Salam, LivanMərkəzi Bankının qubernatoru Kərim Süeyd, Daxili İşlər naziri Əhmədəl-Həcər və ədliyyə naziri Adel Nassarın iştirak etdiyi görüşlərdətəcili və konkret tədbirlər diqqət mərkəzində olub", - deyətelekanal bildirib.

Bildirilib ki, nümayəndə heyəti görüşdükləri hər bir Livanrəsmisindən gözlədikləri tədbirlərin ətraflı siyahısını təqdimedib.

"O, Livanın "Hizbullah" hərəkatının hərbi arsenalının azaltmaqdavə maliyyə şəbəkələrini kəsməkdə ciddiliyini sübut etmək üçünqətiyyətli tədbirlər görməli olduğu iki aylıq vaxt verib", - deyəqeyd olunub.

Chosen
40
az.trend.az

1Sources