EN

Maduro: ABŞ Venesuelanı koloniyaya çevirə bilməyəcək

BAKI, 11 noyabr. TELEQRAF

Venesuela hakim Birləşmiş Sosialist Partiyası ölkədə sülhü təmin edəcək və ABŞ-nin imperialist təhdidlərini dəf edəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro deyib

“Venesuela Birləşmiş Sosialist Partiyası xalqımıza sülhü təmin etmək və ABŞnin Venesuela, Kolumbiya, Cənubi Amerika və Karib hövzəsinə uzanan caynaqlarına qarşı qalib gəlmək üçün mükəmməl vəziyyətdədir”, – Maduro partiya rəhbərliyi ilə görüşdə vurğulayıb.

O qeyd edib ki, Vaşinqtonun və ya ABŞ prezidentinin bəyanatları Karakas üçün əhəmiyyət daşımır, çünki heç kim Venesuela xalqını azadlıq və müstəqillik hüququndan məhrum edə bilməz.

Maduro ABŞ-nin Venesuelanı “Amerika koloniyasına çevirmək” və regionda müharibə yaratmaq cəhdlərinə qarşı xalqın qətiyyətlə cavab verəcəyini bildirib.

Dövlət başçısının sözlərinə görə, ABŞ maraqlarına xidmət edən sağçı müxalifət “ölkənin siyasi reallığından demək olar ki, silinib” və yalnız “imperialistlərin qanlı dollarları” hesabına mövcuddur.

Chosen
57
teleqraf.com

1Sources