EN

Məktəb direktoru autizmli şagirdi pilləkənlərdən itələdi - SKANDAL GÖRÜNTÜLƏR

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda yerləşən "Refik Pınar" orta məktəbində inanılmaz hadisə baş verib.

Musavat.com xəbər verir ki, 13 yaşlı autizmli 8-ci sinif şagirdi məktəb direktoru müdaxiləsindən sonra pilləkənlərdən yıxılaraq xəsarət alıb.

Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb.

Məlumata görə, hadisə 5 noyabrda baş verib. Yaralanan şagird evə gələrək ailəsinə baş verənləri danışıb. Ailə uşağı xəstəxanaya aparıb və müalicə başa çatdıqdan sonra təhlükəsizlik kamerasının görüntüləri ilə birlikdə jandarmaya müraciət edərək məktəb direktoru haqqında şikayət ərizəsi verib.

Hadisə ilə bağlı istintaq başlanıb və direktor vəzifəsindən kənarlaşdırılıb.

Musavat.com

 

Chosen
43
musavat.com

1Sources