EN

Suriya İŞİD-ə qarşı mübarizədə Qərb koalisiyası ilə əməkdaşlıq edəcək

Suriya İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə əməkdaşlıq etməyə razılıq verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Suriya keçid hökumətinin informasiya naziri Həmzə Mustafa məlumat verib.

 

"Suriya İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayaraq, terrorizmlə mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi rolunu bir daha təsdiqləyib", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

 

Mustafa vurğulayıb ki, "saziş siyasi xarakter daşıyır və hələlik hərbi komponent ehtiva etmir".

Chosen
19
4
senzor.az

5Sources