EN

Əl Şaraa: Suriya İsraillə münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətində deyil

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Suriya hakimiyyəti hazırda Dəməşqin İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişi”nə qoşulması barədə danışıqlar aparmaq niyyətində deyil.

APA xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa “Fox News”a müsahibəsində bildirib.

"Suriyadakı vəziyyət “İbrahim Sazişi”nə qoşulan ölkələrdəki vəziyyətdən fərqlidir. Suriya 1967-ci ildən bəri Colan təpələrini işğal edən İsraillə həmsərhəddir. Hazırda birbaşa danışıqlara girmək niyyətində deyilik", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
5
apa.az

7Sources