EN

Marko Rubio ilə Hakan Fidan Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə ediblər

BAKI,TurkicWorld

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

"Dövlət katibi Rubio Qəzza zolağında atəşkəs və bölgədə sabitliyin təmin edilməsi üçün atılacaq əlavə addımları müzakirə etmək üçün xarici işlər naziri Fidan ilə görüşüb. Dövlət katibi və Xarici İşlər naziri davamlı sülhə nail olmaq səylərinə davamlı dəstəyini bir daha təsdiqləyiblər", - deyə qeyd olunub.

Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflər Ukrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışını xatırladıb.

Chosen
10
1
turkic.world

4Sources