AZ

Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb

Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə davamlı sülhün bərqərar edilməsinə yönəlmiş tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər.

"Dövlət katibi Rubio Qəzzada atəşkəs və regionda sabitliyin təmin edilməsi üçün gələcək addımları müzakirə etmək üçün xarici işlər naziri Fidan ilə görüşüb. Katib və xarici işlər naziri davamlı sülhə nail olmaq üçün səyləri davam etdirəcəklərini təsdiqləyiblər", - bəyanatda deyilir.

Bundan başqa, açıqlamaya görə, tərəflər Ukrayna münaqişəsini də müzakirə ediblər, Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə “Ukraynada davam edən münaqişəni sona çatdırmaq üçün Rusiyadan enerji almağı dayandırmağa” çağırışını xatırladıb.

Almaz Həsənli

Seçilən
4
1
oxumeni.az

4Mənbələr