EN

ABŞ-ın hava limanında FACİƏ - 18 sərnişin XƏSTƏXANALIQ oldu

ABŞ-də Vaşinqton yaxınlığındakı Virciniya ştatının Dalles Beynəlxalq Hava Limanında, mobil salon kimi də tanınan nəqliyyat vasitəsi terminalla toqquşub, 18 sərnişin xəsarət alıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16:30 radələrində (Bakı vaxtı ilə saat 01:30) baş verib. D zonasından terminalla təyyarə arasında sərnişin daşımaq üçün nəzərdə tutulmuş mobil salon Dalles Beynəlxalq Hava Limanının terminalına yaxınlaşarkən körpüyə çırpılıb.

Yaralanan sərnişinlər yüngül xəsarətlər alıblar və yanğınsöndürənlər tərəfindən xəstəxanaya yerləşdiriliblər.

"Aeroport bazar ertəsi axşamı normal fəaliyyətini davam etdirib".

Bizim.Media

Chosen
32
9
bizim.media

10Sources