EN

Ramiz Mehdiyev bayram günlərini necə keçirir?

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyev bayram tətili günlərində vəkilləri ilə görüşlərini intensivləşdirib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu da qeyri-iş günlərində istintaq hərəkətlərinin aparılmaması ilə bağlıdır.

Dövlət qurumları işləmədiyinə görə müstəntiqlər R.Mehdiyevlə görüşüb dindirmələr aparmırlar. Təqsirləndirilən şəxs olan akademik də bunu fürsət bilib, vəkilləri ilə tez-tez və uzun görüşlər keçirir.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Chosen
15
15
turkustan.az

10Sources