EN

44 yaşlı iş adamı sirli şəkildə VƏFAT ETDİ - Meyiti evində tapıldı (FOTO)

Türkiyənin Ədirnə şəhərinin Keşan ilçəsində tək yaşayan iş adamı Uğur Selvi evində ölü tapılıb.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, hadisə yerində aparılan ilkin araşdırmalar zamanı 44 yaşlı iş adamının bədənində zorakılıq, odlu silah və ya kəsici alət izlərinə rast gəlinməyib.

Uğur Selvidən xəbər ala bilməyən dostları onun evinə gəliblər. Açıq qalmış pəncərədən içəri daxil olaraq Uğuru yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

Chosen
29
4
musavat.com

5Sources