EN

Tramp: ABŞ artıq Ukraynanı maliyyələşdirmir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton artıq Ukraynaya birbaşa maliyyə yardımı göstərmir və bunun əvəzində NATO kanalları vasitəsilə silah satışından gəlir əldə edir.

Editor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Biz artıq pul xərcləmirik. İndi maaşı NATO vasitəsilə alırıq”, – deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Ukrayna ətrafında yaranan vəziyyət artıq Üçüncü Dünya Müharibəsi təhlükəsi yaratmır.

Qeyd edək ki, noyabrın 8-də Tramp Rusiyanı Ukrayna münaqişəsinə son qoymaq istəməməkdə ittiham edib. Noyabrın 3-də isə o, Rusiya prezidenti Vladimir Putini münaqişəni dayandırmağa hazır olmadığına inandıracaq “son damla”nı görmədiyini söyləyib.

Bundan əlavə, Tramp bildirib ki, ABŞ Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlər tədarük etməyi planlaşdırmır, lakin gələcəkdə bu mövqeyinə yenidən baxa biləcəyini istisna etmir.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
8
editor.az

10Sources