ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq Ukraynaya birbaşa maliyyə yardımı göstərmir.
Turkustan.az xəbər verir ki, o bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.
Trampın sözlərinə görə, ABŞ Ukraynaya yardımın əsas hissəsini indi NATO kanalları vasitəsilə həyata keçirir və bu prosesdə artıq ödənişlərin böyük qismi alyans tərəfindən qarşılanır:
“Biz Ukraynanın maliyyələşdirilməsini dayandırmışıq. Artıq Kiyevə silah və texnika NATO üzərindən, ödənişli şəkildə çatdırılır”, – o deyib.
Tramp əlavə edib ki, onun siyasi səyləri sayəsində Ukraynada baş verən müharibə qlobal münaqişəyə çevrilməyib. /Musavat.com/