EN

Ermənistan sərhəd qoşunlarına yeni komandan təyin edildi - FOTO

Qarik Muradyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yeni komandanı təyin edilib.
 
Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, müvafiq fərmanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
 
Sənəddə qeyd olunur ki, təyinat qərarı Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə verilib.
 
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əvvəlki komandanı Edqar Hunanyan 2025-ci ilin sentyabrında vəzifəsindən azad edilib.
Chosen
16
1
moderator.az

4Sources