EN

Tramp: ABŞ tərəfdaşlarına 2 trilyon dollardan çox rüsum qaytarmaq riski ilə üzləşib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər onun administrasiyası tərəfindən tətbiq edilən tariflər Ali Məhkəmə tərəfindən qanunsuz hesab olunsa, Vaşinqton ticarət tərəfdaşlarına 2 trilyon dollardan çox pulu qaytarmaq məcburiyyətində qala bilər.

O, bunu “TruthSocial” sosial şəbəkəsində yazıb.

Amerika liderinin sözlərinə görə, söhbət tariflər və əlaqəli investisiyalar hesabına yaranan nəhəng məbləğdən gedir.

“Tarif gəlirləri və investisiyaları şəklində ödəməli olduğumuz faktiki məbləğ 2 trilyon dolları keçəcək və bu, özlüyündə milli təhlükəsizlik fəlakəti olacaq”, – o bildirib.

Tramp əlavə edib ki, Ali Məhkəmədəki rəqibləri asan çıxış yolu illüziyası yaratmaq üçün rəqəmləri azaldır.

MənbəREPORT
Chosen
30
banker.az

1Sources