EN

Bu da bədbəxtçilikdir

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əvvəl də bayağı ifaçılar olub. Sadəcə efirə düşə bilmirdilər, senzura var idi. Studiyada mahnılar yazdırıb, kasetlərdə paylayırdılar. Biz onları görmürdük. Çünki internet də yox idi. Efirdə nümunəvi ifaçılar olurdu. Toylarda onlar var idi. İndi internet var, efirə hər kəs çıxa bilir insanlara daha yaxın olur. Onlar sevilir və məşhurdur. O vaxtın bayağı musiqisini indiki ilə müqayisə edəndə görürük ki, əməlli mahnı olub".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Günə bax" verilişində deyib. Müğənni bayağı mahnı ifaçılarını piar edən verilişləri tənqid edib:

"Hər janrın öz yaxşı mahnısı var. İndiki musiqiləri isə heç bir janra aid edə bilmirəm. İnd uşaqlar onlara baxır və deyir belə olmaq lazımdır. Bu da bədbəxtçilikdir. Onların tamaşaçıları çoxdur. İfa tərbiyəli olmalıdır. Tərbiyəli və tərbiyəsiz ifa var".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
2
axsam.az

3Sources