EN

“Daha bir İran İsrail savaşı zaman məsələsidir” İranın növbəti İsrail hücumuna cavabı necə olacaq?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın nüvə ehtiyatları ilə bağlı danışıqların, yoxlamaların və aydınlığın olmaması səbəbindən regionda çoxları İsraillə yeni müharibəni qaçılmaz hesab edir.

“AzPolitika” xəbər verir ki, "The New York Times" qəzetində dərc edilən məqalədə belə deyilir.

Yazıda deyilir ki, Donald Tramp ABŞ-nin bu yay həyata keçirilən zərbələrinin İranın uran zənginləşdirmə proqramını məhv etdiyini iddia edir. Lakin regional rəsmilər və analitiklər son aylarda buna daha az inanırlar və İsrail ilə İran arasında yeni bir müharibənin başlamasının yalnız zaman məsələsi olduğunu qeyd edirlər.

İranın uran zənginləşdirməsini məhdudlaşdırmağı hədəfləyən 2015-ci il müqaviləsi ötən ay başa çatıb. İrana qarşı sərt sanksiyalar bərpa edilib. Nüvə proqramı ilə bağlı danışıqlar, dayandırılıb. İsrail rəsmilərinin sözlərinə görə isə İranın 11 nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı var. Həmin ehtiyatlar hazırda ya dağıntılar altında qalıb, ya da təhlükəsiz yerə daşınıb.

İran həmçinin Pikaks Dağı kimi tanınan yeni zənginləşdirmə qurğusu üzərində işləri davam etdirir. İran beynəlxalq müfəttişlərə bu qurğuya və ya artıq elan edilmiş nüvə qurğularından başqa hər hansı digər şübhəli nüvə qurğularına giriş icazəsi verməkdən imtina edib.

Hazırda regionda müşahidə edilən vəziyyət təhlükəli bir durğunluqdur. Danışıqların, həmçinin İranın arsenalına dair heç bir əminliyin və müstəqil nəzarətin olmaması təhlükəni daha da artırır: “Körfəz ölkələrində bir çoxları inanır ki, İsrail rəsmilərinin İranın nüvə proqramının ekzistensial təhlükə yaratdığı barədə uzun müddətdir davam edən fikri nəzərə alınmaqla, İsrailin İrana qarşı daha bir hücumu faktiki olaraq qaçılmazdır”.

Bəs İranın növbəti İsrail hücumuna cavabı necə olacaq? 

Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaez iddia edib ki, bu dəfə İran daha ciddi müqavimət göstərə bilər. İran rəsmiləri isə bəyan edirlər ki, raket zavodları gecə-gündüz işləyir və yeni müharibə baş verərsə, İsrailin müdafiəsini yarmaq üçün iyun ayında olduğu kimi 12 gün ərzində cəmi 500 raket əvəzinə, 2000 raket atmağı bacaracaqlar.

Hər halda, Qərb mətbuatının nə yazmasından asılı olmayaraq, 12 günlük müharibə İran-İsrail qrşıdurmasına son qoymayıb və Tehranın nüvə potensialını tam sıradan çıxarmayıb.

Eləcə də İsrailin Qəzzada törətdiyi qətliamlar və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsizliyi nəinki müsəlman aləmi, bütünlükdə dünya ölkələrinin böyük əksriyyəti tərəfindən hiddətlə qarşılanıb. Bir sözlə, İsrail öz hərəkətləri ilə özünə qarşı bütünlükdə müsəlman aləmini və xüsusilə Avropa dövlətlərini qaldırıb. Bu isə saxta din və Fələstin təəssübkeşliyi edən İranın əlini siyasi baxımdan gücləndirmiş olur. Həmçinin, İrandakı rejimin bundan öncə İsrail qarşısında düşdüyü aciz durumdan nəticə çıxararaq, öz hərbi potensialını gücləndirməsi ehtimalı az deyil. Bu səbəblərdən növbəti birbaşa İran-İsrail hərbi qarşıdurması nəticələrinə görə, doğrudan da 12 günlük müharibədən fərqli ola bilər.

C.Məmmədli

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
azpolitika.info

1Sources