EN

Buker mükafatının qalibi məlum olub

2025-ci il ədəbiyyat üzrə Buker mükafatı "Flesh" romanına görə Britaniya-Macarıstan yazıçısı Devid Saleyə verilib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, münsiflər heyəti bu romanı "fövqəladə" adlandırıb.

Ədəbiyyatın ən nüfuzlu mükafatlarından birinin təqdimat mərasimi Londonda baş tutub. Bu il münsiflər heyətinə irlandiyalı dramaturq Roddi Doyl sədrlik edib.

"Münsiflər heyəti beş saatdan çox seçilmiş altı kitab üzərində müzakirə aparıb. Davamlı olaraq oxuduğumuz, digər gözəl romanlar arasında seçilən kitab isə özünəməxsusluğuna görə məhz "Flesh" olub. Biz heç vaxt buna bənzər bir əsər oxumamışıq. Bu, bir çox cəhətdən bədbin bir kitabdır, amma oxumaq xoşdur", - Doyl deyib.

"Cebheinfo.az"

Chosen
24
1
cebheinfo.az

2Sources