EN

İmişlidə beş mərtəbəli binada yanğın baş verib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

İmişli, 11 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonu ərazisində yerləşən beş mərtəbəli binada yanğın hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində yerləşən beş mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayış olmayan mənzildə qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumilikdə 2 kvadratmetr sahə yanıb, bina yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
3
azertag.az

4Sources