EN

83 illik evliliklə dünya rekordu qırdılar: “Sirrimiz sadəcə sevməkdir”

Miami, ABŞ - 107 yaşlı Eleanor Gittens və 108 yaşlı Lyle Gittens, 83 illik evlilikləri ilə dünyanın ən uzun ömürlü evli çifti olaraq rekord qırdı.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, cütlük 1941-ci ildə Clark Atlanta Universitetində keçirilən bir basketbol oyununda tanış olub. O zaman oyunçu olan Lyle, illər sonra universitetin basketbol şərəf siyahısına daxil edilib. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl, Lyle orduda xidmət etməzdən əvvəl, 4 iyun 1942-ci ildə evləniblər.

Uzun illər birlikdə qalmaqlarının sirrini soruşan sayt LongeviQuest-ə Eleanor “Biz bir-birimizi sevirik” cavabını verib. Lyle isə sadəcə “Eşimi sevirəm” deyə əlavə edib.

LongeviQuest-in qlobal təsdiq komissiyası cütlüyün 1942-ci il evlilik sənədini, ABŞ əhalisi qeydiyyatlarını və onilliklər boyu arxiv materiallarını nəzərdən keçirərək, Gittens cütlüyünün həqiqətən dünyanın ən uzun ömürlü evli çifti olduğunu təsdiqləyib.

Bizim.Media

Chosen
21
1
bizim.media

2Sources