EN

Millət vəkili Asif Əsgərovun Zaqatala rayonunda şəhid ailələri ilə görüşləri davam edir.

Onların müraciətləri əsasında 4 nəfər şəhid ailəsi müqəddəs Ümrə ziyarətinə yola salınıb.Görüş zamanı millət vəkili Asif Əsgərov ailələrlə söhbətlərində qeyd edib ki, bu il 5-ci ilini qeyd etdiyimiz Zəfər günü xalqımızın şəhidlərimizə borclu olduğunu göstərir və əldə edilmiş qələbə Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti sayəsində mümkün olub. Bu ziyarət, şəhidlərimizin ruhuna daha da yaxın olmaq, onların əmanətini ürəklərdə yaşadan valideynlərin müqəddəs torpaqlarda övladları üçün dua etməsi baxımından xüsusi mənəvi əhəmiyyət daşıyır. Ziyarətin təşkil olunması üçün bütün zəruri məsələlər – biletlər, vizalar və səfər zamanı istifadə olunacaq yaddaş kitabçaları təqdim edilib. Qeyd edək ki, şəhid ailələrinin Ümrə ziyarətinin bütün xərcləri millət vəkili Asif Əsgərov tərəfindən qarşılanıb. Tədbirdə digər şəhid ailələri də iştirak edərək, çay süfrəsi ətrafında səmimi söhbət aparılıb.
Daha sonra millət vəkili Asif Əsgərov təhsil sahəsində çalışan şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bir araya gəlib.
Çıxış edən millət vəkili Asif Əsgərov Vətən uğrunda canından keçmiş şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında daim uca tutulacağını,xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunmuş Qələbə tarixi Zəfər kimi milli yaddaşımızda əbədi yaşayacağını bildirib.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun müdiri Kəmalə Əhmədova və ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov da çıxış edərək şəhidlərin xatirəsinin daim ehtiramla anılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıblar.
Sonda şəhid ailələri göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Chosen
15
3
veteninfo.az

4Sources