EN

Bakıdan üç istiqamətdə güc nümayişi: Əliyev meydanda iki ölkəyə işarə etdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prezident İlham Əliyevin Azadlıq meydanında keçirilən Zəfər Paradında çıxışı, Azərbaycanın milli müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq mövqeyinin mühüm təzahürüdür. Prezidentin çıxışı özündə həm daxili, həm də xarici auditoriyaya hesablanmış bir sıra mesajları ehtiva edirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, Prezidentin Türkiyə və Pakistanla strateji dostluğa diqqət yetirməsi, bu ölkələrin liderlərinin paradda iştirakı, Azərbaycan-Türkiyə-Pakistan birliyi ilə bağlı verilmiş güclü bir mesaj kimi qəbul oluna bilər:

“Bu, yalnız üç dost və qardaş dövlət arasındakı münasibətlərin təntənəsi deyil, həm də bölgə üçün vacib olan təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm bir mesaj idi. Türkiyə və Pakistanın müharibə dövründə Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Prezidentin çıxışında xüsusi olaraq qeyd edildi və bu, ölkənin xarici siyasətində mühüm strateji əhəmiyyət kəsb edir.

Prezident çıxışında həmçinin ölkəmizin Vətən müharibəsindəki qələbəsinin tarixi və hüquqi əsaslarını da geniş şəkildə diqqətə çatdıraraq Ermənistanın uzun illər boyu Azərbaycanın torpaqlarını işğal etməsi və beynəlxalq hüququn pozulmasına diqqət çəkdi. Bundan əlavə, Prezidentin müharibənin hərbi, siyasi və diplomatik cəhətlərini ətraflı şəkildə izah etməsi, Azərbaycanın gücünü yalnız döyüş meydanında deyil, həm də beynəlxalq təşkilatlarda və müzakirələrdə qazanmış olduğunu nümayiş etdirdi”.

Yusif Bağırzadə 

Politoloq əlavə edib ki, Cənab Prezidentin çıxışı həm də Ermənistanın təxribatçı addımlarına qarşı Azərbaycanın təmkinli, lakin qətiyyətli mövqeyini göstərir:

“Dövlət başçısının, “Əgər Ermənistan yenə baş qaldırarsa, nəticə eyni olacaq”, – kimi ifadələri, Azərbaycanın gələcəkdə də ərazi bütövlüyünü qorumaq və hər hansı bir təhdidə qarşı mübarizə aparmaq niyyətini aydın şəkildə ortaya qoyur. Bu, eyni zamanda, Azərbaycanın gücünü və iradəsini nümayiş etdirən bir mesajdır.

Prezident İlham Əliyevin Zəfər Paradında səsləndirdiyi fikirlər, sadəcə Azərbaycanın qələbəsini qeyd etməkdən ibarət olmadı, eyni zamanda, ölkənin gücünü, qardaşlıq münasibətlərini və gələcəyə dair inamını dünya ictimaiyyətinə çatdıran strateji bir bəyanat oldu”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
1
globalinfo.az

2Sources