EN

Fazil Mustafanı ikinci dəfə əsgərliyə Əli Kərimli göndərtdiribmiş 

Həqiqətən nəhəng dövlət adamı olan Heydər Əliyev qədər mənim sərt üslubuma dözümlü yanaşan ikinci bir şəxsiyyətlə rastlaşmadım". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözlər Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın yazısından sitatdır.

O, sözügdən yazıda bir çox mətləblərdən bəhs edib, amma ən diqqətçəkən məqam Fazil Mustafanın ikinci dəfə hərbi xidmətə aparılması ilə bağlıdır.

Sitat: "Bütün təhqirlər, böhtanlar, qarayaxmalar çiyin-çiyinə mübarizə apardığım hərəkat, partiya yoldaşlarımdan gəldi. Halbuki məni siyasətdən uzaqlaşdırmaq məqsədi ilə döyüş bölgəsinə hərbi xidmətə göndərmək ideyası da bu insanlardan gəlirdi: iqtidar qarşısında şərt qoymuşdular ki, AXCP-nin “Yurd” qanadının iqtidarla gizli əməkdaşlığı üçün əsas maneçilik törədən şəxsi zərərsizləşdirməsəniz, birlikdəliyimiz baş tutmaya bilər! Və bunu da gerçəkləşdirdilər. 

Lakin geri dönüşümdə gözlədiklərinin əksinə bir proses baş verdi. Dərhal Elçibəyçi Xalq Cəbhəsinə gəlib mübarizə dostlarımla halallaşdım, Xalq Cəbhəsi adından, Elçibəy adından heç vaxt istifadə etməyəcəyimi, bu təşkilatdan kimsəni özümlə aparmayacağımı və tamamilə yeni siyasi partiya yaradacağımı bəyan etdim. Siyasət əxlaqının bundan sağlam nümunəsi varsa, bu böhtançı şəbəkəsi məmnuniyyətlə dərhal mənə xatırlada bilər".

Chosen
24
2
bakivaxti.az

3Sources