EN

İslamabadda partlayışda azı 12 nəfər ölüb, xeyli xəsarət alan var - YENİLƏNİB

İslamabadda məhkəmə binasının yaxınlığında baş verən partlayışda ölən və yaralananların sayı artıb.

https://t.me/apa_az/108392

APA Pakistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 12, xəsarət alanların sayı isə 21 nəfərə çatıb.

 

13.06

Pakistanın paytaxtı İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş verib.

APA Pakistan mətbuatına istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yerli polisin bildirdiyinə görə, partlayış məhkəmə binasının yaxınlığında park edilmiş maşının içərisində baş verib.

Partlayışın terror məqsədilə törədildiyi istisna edilmir.

Faktla bağlı araşdırma aparılır, ölü sayının artacağı gözlənilir.

Qeyd edək ki, ötən gün Hindistanda da eyni tipli hadisə baş vermiş və nəticədə 13 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.

"Cebheinfo.az"

Chosen
17
6
cebheinfo.az

10Sources