EN

Muzeydə qəribə hadisə: Sənət əsərini çirkli güzgü zənn etdi və...

Tayvandakı bir muzeydə təmizlik işçiləri təsadüfən müasir əsəri məhv ediblər.

Publika.az xəbər verir ki, hadisə tikinti materiallarından və gündəlik əşyalardan hazırlanmış əsərlərin nümayiş olunduğu "We Are Me” sərgisi zamanı baş verib.

Təmizlik işçisi Tayvanlı rəssam Çen Sung-çihin “Inverted Syntax - 16” əsərinin çirkli güzgü olduğunu düşünərək onu silib.

O, bununla əsərin konseptual bütövlüyünü məhv edib.

Muzey rəhbərliyi hadisədən sonra sənətçidən üzr istəyərək, kompensasiya ehtimalının nəzərdən keçirildiyini bildirib.

Chosen
33
publika.az

1Sources