EN

Böyük Britaniyada işsizlik səviyyəsi 5 faizədək artıb

London, 11 noyabr, AZƏRTAC

Böyük Britaniyada işsizlik səviyyəsi sentyabr ayına qədər olan üç aylıq dövrdə 5 faizə yüksəlib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu göstərici 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər olan dövrdən bəri ən yüksək səviyyədir.

Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, işsizlik səviyyəsinin artımı gözləniləndən yüksək olub və noyabrın 26-da açıqlanacaq büdcə öncəsi analitiklərin proqnozlaşdırdığı 4,9 faizi ötüb.

ONS-in iqtisadi statistika direktoru Liz Makkoun bildirib ki, bu göstəricilər bütövlükdə əmək bazarının zəiflədiyini göstərir və işsizlik səviyyəsi pandemiyadan sonrakı ən yüksək həddə çatıb. İngiltərə Bankı isə işsizlik səviyyəsinin qarşıdakı bir neçə il ərzində 5 faizə yaxın qalacağını proqnozlaşdırır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
57
5
azertag.az

7Sources