EN

Yamal Türkiyə millisi ilə oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"Barselona"nın cinah oyunçusu Lamin Yamal İspaniya millisinin düşərgəsini tərk edib.

QOL.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

18 yaşlı hücumçu alt qarın əzələlərində ağrı hiss edib. Tibbi müayinədən sonra həkimlər Yamala istirahət vermək qərarına gəliblər. Nəticədə hücumçu yığmanın düşərgəsindən ayrılıb və klubuna qayıdıb.

Beləliklə, forvard DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan (15 noyabr, Bakı vaxtı ilə 21:00) və Türkiyə (18 noyabr, Bakı vaxtı ilə 23:45) ilə oyunları buraxacaq. 

Chosen
25
1
teleqraf.com

2Sources