EN

Erlinq Haland: “Heç vaxt bu qədər yaxşı olmamışam”

Futbol üzrə Norveç milli komandasının və “Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland cari idman forması haqda söhbət açıb.

Arena.az 25 yaşlı forvardın müvafiq fikrini təqdim edir:

“Fikrimcə, hazırda özümün ən yaxşı oyunumu göstərirəm. Özümü heç vaxt indiki qədər olduğumdan yaxşı hiss etməmişəm. Mövsümün əvvəli fövqəladə alındı, amma mənə təravətli qalmaq və mühakimə qabiliyyətimi qoruyub-saxlamaq gərəkdir. Ən əsası – tonusda qalmaq, tarazlığı itirməməkdir”, deyə Haland vurğulayb.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 19 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 161 oyun, 143 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 46 oyuna 51 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
18
1
arena.az

10Sources