AZ

“Sanderlend” “Arsenal”ın iki seriyasını birdən qırdı - ARENA.AZ

İngiltərə Premyer Liqasının 11-ci turunda “Sanderlend”lə 2:2 hesablı heç-heçə edən “Arsenal” iki möhtəşəm seriyasının qırılmasına üzülüb.

Arena.az xəbər verir ki, “topçular”ın bütün yarışlar çərçivəsində qazandığı ardıcıl 10 oyunluq qələbə silsiləsi məhz bu səfər matçında qırılıb.

“Qara pişiklər”lə oyuna qədər “Arsenal” İngiltərə Premyer Liqasında 5, İngiltərə Liqa Kubokunda 2, UEFA Çempionlar Liqasında isə 3 qələbə qazanmış və ardıcıl 10 oyundan ibarət möhtəşəm qalibiyyət silsiləsi müəyyənləşdirmişdi.

Xatırladaq ki, “topçular” xal itkisi ilə sonuncu dəfə sentyabrın 21-də, İngiltərə Premyer Liqasının “Mançester Siti”yə qarşı “Emireyts”də keçirilmiş 5-ci tur oyununda üzləşmişdi. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.

“Sanderlend”lə 2:2 hesablı heç-heçə “Arsenal”ın “quru” oyun seriyasının qırılması ilə də əlamətdar olub. 40 gün ərzində bütün yarışlar çərçivəsində qapısını toxunlmaz saxlaya bilmiş “topçular”a, 41-ci gündə “qara pişiklər” bir cüt “cırmaq” atmaqla onun möhtəşəm seriyasına xitam verib.

Xatırladaq ki, buna qədər “Arsenal” sonuncu dəfə sentyabrın 28-də, İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Nyukasl”a qarşı səfər oyununda qol buraxmışdı. Həmin oyunda “topçular” “sağsağanlar” üzərində 2:1 hesablı qələbə qazanmışdılar.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
26
arena.az

10Mənbələr