“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın hücum futbolu sərgiləməsinə dair ictimai fikrə münasibətini açıqlayıb.
Arena.az alman mütxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Düşünürəm, nəsə deməyim artıq olmazdı, amma bunu etməyəcəyəm. Bizim ətrafımızda həddindən çox səs-küy var”, deyə Hansi Flik vurğulayıb.
“Barselona”nın ispan yarımmüdafiəçisi Daniel Olmo isə “blaquqrana”nın əsas fəsadını açıqlayıb:
“Bizə, diqqətimizi oyunun bütün 90 dəqiqəsi ərzində qoruyub-saxlamaq gərəkdir” deyə Olmo vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 12 oyuna topladığı 28 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Kataloniya təmsilçisi bu oyunlarda 9 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. “Barsa” UEFA Çempionlar Liqasının Liqa mərhələsində də 4 oyuna 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətin ardından 7 xalla 11-ci sıradadır.

