EN

Ombudsman təsisatı ENOC-la əməkdaşlığı genişləndirməyə maraqlıdır

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin(ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə XalqMüdafiəçisi Vasile Koroi ilə görüşüb.

Trend xəbər verir ki, görüşzamanı Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə AvropaUşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarınınmüdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, buəməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeydedib.

Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət,müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkənuşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlərbarədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdəölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqiaktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusionalislahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tamüzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıqçərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərinisəsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorununmüdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaqhüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrəMonitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəlisürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflıməlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimiqəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcudəməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatlarısəviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın dahagücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksəkqiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqlarısahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeydediblər.

Məqalədə:
Chosen
40
8
az.trend.az

10Sources