EN

Zion Suzuki sıradan çıxdı - ARENA.AZ

İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Milan”a qarşı ev oyunu (2:2) “Parma”nın qapıçısı Zion Suzuki üçün xoşagəlməz başa çatıb.

Arena.az xəbər verir ki, 82-ci dəqiqədə qolundan zədə almış 23 yaşlı qolkiper matçı sona qədər başa vurub komandasını bir neçə təhlükədən qurtarsa da, oyunsonrası tibbi müayinə xoşagəlməz nəticə verib.

Belə ki, Suzukinin əhəmiyyət vermədiyi zədənin, gözlənildiyindən daha ciddi olduğu müəyyənləşib. Artıq yapon qapıçı müalicəyə başlayıb. Onun bərpa müddəti ilə bağlı hər hansı təxmin verilmir.

Xatırladaq ki, Zion Suzuki “Urava Red Daymonds”un yetirməsidir. O, 2023/2024-cü illər mövsümündə “Sent-Trüden”in də formasını geyinib.

Suzuki 2024-cü ilin yayında 8,2 milyon avro müqabilində “Parma”ya cəlb edilib. 23 yaşlı qolkiperin bu klubla 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Yapon qapıçı cari mövsümdə meydana çıxdığı 13 oyunda 16 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb. Zion “Parma”nın heyətində indiyə qədər keçirdiyi 50 oyunda 69 qol buraxıb, 12 matçdan “quru” çıxıb.

Suzuki 2022-ci ilin yayında debüt etdiyi Yaponiya yığmasının heyətində 21 oyuna çıxıb, 14 qol buraxıb, 12 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
11
27
arena.az

10Sources