EN

Mədəniyyət Nazirliyi nazirlik haqqında yayılan məlumatlar barədə açıqlama yaydı

Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə nazirliyin fəaliyyəti haqqında yalan və təhrif edilmiş məlumatların yayılmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada deyilir:

“Bir qrup şəxs tərəfindən Mədəniyyət Nazirliyin saytından paylaşılan “screen” görüntülərində istifadə etdikləri cihazlarda avtomatik tərcümə funksiyası aktiv olduğu üçün mətn təhrif edilmiş şəkildə əks olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi təhrif edilmiş məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.

Xahiş edirik ki, bu cür səhv informasiya verməklə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız.

Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün məsələ ilə bağlı rəy bildirən bütün şəxslərin sözügedən xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytı üzərindən tanış olmağını, bu zaman isə avtomatik tərcümə funksiyasını deaktiv etməyini vacib hesab edirik. Orijinal mətnlər Mədəniyyət Nazirliyinin saytında aydın və düzgün şəkildə təqdim olunub”.

Sözügedən xəbərlərin orijinal linklərini təqdim edirik:

-//culture.gov.az/az/news/news-detail/xarici-olkelerdeki-azerbaycan-medeniyyet-merkezlerinin-hesabat-iclasi-kecirilib/2854

-//culture.gov.az/az/announcements/qeyri-hokumet-teskilatlarinin-istiraki-ile-teqdimat-sessiyasi-kecirilecek/78

-//culture.gov.az/az/news/news-detail/azerbaycan-medeniyyet-elcilerinin-forumu-panel-muzakireleri-ile-davam-edib/2855

Bizim.Media

Chosen
20
9
bizim.media

10Sources