Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
Paylaşımında deyilir:
"Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.
Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.
Əziz millətimizə keçmiş olsun".
16:58
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya düşməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlayıb.Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sözügedən maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.
16:34
Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.