EN

Diplomat baş nazirin başını kəsməklə hədələdi – Çində

Yaponiyanın baş naziri Sanae Takaiçinin Çinin Tayvana mümkün hücumu ilə bağlı açıqlaması Pekində böyük hiddət doğurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Yaponiyanın baş naziri deyib ki, bu məsələ ölkəsi üçün güc tətbiqini tələb edən “yaşamaq üçün təhlükə yaradan vəziyyətə” çevrilə bilər.

Çinin Osakadakı baş konsulu Syue Tszyan X sosial şəbəkəsində bildirib ki, “tərəddüd etmədən bizə hücum edən bu kirli boynu kəsməkdən başqa çarə yoxdur”. Yazı sonradan silinib.

Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, baş konsulun yazısı şəxsidir, “Tayvanı Çin ərazisindən ayırmağa və Tayvan boğazına hərbi müdaxiləni müdafiə etməyə çalışan səhv və təhlükəli açıqlamalara qarşı yönəlib”.

Xatirə SADİQ

Chosen
23
nocomment.az

1Sources