EN

Qəza ilə bağlı görüntülərin yayımlanmasına QADAĞA qoyuldu

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) qəza ilə bağlı media qurumlarına müraciət edib. Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi yük təyyarəsi Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb və hadisə ilə bağlı rəsmi istintaq davam edir.

Globalinfo.az xəbər verir ki, RTÜK bütün media qurumlarına rəsmi mənbələrdən gəlməyən məlumatlara və açıqlamalara etibar edilməməsini xatırladıb.

Qurum yalnız səlahiyyətli instansiyaların bəyanatlarının əsas götürülməsinin vacibliyini vurğulayıb.

Açıqlamada qeyd olunub ki, bu kimi həssas hadisələr zamanı həm şəhidlərin ailələrinə, həm də cəmiyyətin duyarlılığına hörmətlə yanaşmaq lazımdır. Buna görə də qəza anı və hadisə yerinə aid görüntülərin paylaşılmaması xüsusi əhəmiyyət daşıyır.

RTÜK həmçinin xəbərdarlıq edib ki, ictimai asayişi və cəmiyyətin birliyini poza biləcək, yanlış məlumat yayılmasına səbəb ola biləcək yayımlar qanunvericilik çərçivəsində diqqətlə araşdırılacaq.

Qurumun açıqlamasında sonda “Mətbuata hörmətlə elan olunur” ifadəsinə yer verilib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
1
globalinfo.az

2Sources