EN

Şara, Əl-Qaidənin ABŞ-yə hücumu ilə bağlı verilən suala münasibət bildirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-yə səfəri çərçivəsində “Fox TV”nin proqramına qatılan Suriya Prezidenti Əhməd Şara, 11 sentyabr terror hücumları ilə bağlı ona ünvanlanan suala cavab verib.

TurkicWorld xəbər verir ki, aparıcının “3 min amerikalının öldüyü hücumlara görə peşmanlıq duyursunuzmu?” sualına cavab verən Şara, həmin dövrdə cəmi 19 yaşında olduğunu və hər hansı qərarvermə səlahiyyətinə malik olmadığını bildirib.

Suriya Prezidenti deyib ki, terror hücumları ilə şəxsi və siyasi əlaqəsi olmayıb.

“O vaxt 19 yaşım var idi, heç bir qərar almaq səlahiyyətim yox idi. Bu səbəbdən bu məsələ ilə bağlı yanlış şəxsə sual verirsiniz. Həmçinin həmin zaman Əl-Qaidə mənim nəzarət etdiyim ərazilərdə mövcud deyildi,” – deyə Şara bildirib.

Açıqlamasının davamında dövlət başçısı müharibənin səbəb olduğu insan itkilərinin faciəvi nəticələrinə diqqət çəkib.

“Öldürülən hər bir mülki şəxs üçün kədərlənirik. Savaşın insanlara necə böyük acı yaşatdığını çox yaxşı bilirik. Xüsusilə onun ağır yükünü daşıyan mülki vətəndaşlar üçün,” – deyə Şara qeyd edib.

Chosen
32
turkic.world

1Sources