EN

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində 20 hərbçi olub

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qəzaya düşən təyyarədə ekipaj üzvləri ilə birlikdə 20 hərbçi olub və qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd olunur ki, Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

AzVision.az

Chosen
19
9
azvision.az

10Sources