EN

Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən Avtosfer.az-a verilən məlumatda deyilir:

"Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir".

 

Chosen
16
4
avtosfer.az

10Sources