EN

Soyğunçular Rahim Sterlinqin evini qarət etməyə cəhd ediblər

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Ötən şənbə, 8 noyabr tarixində maskalı oğrular “Çelsi”nin hücumçusu Rahim Sterlinqin Berkşirdəki evini soymağa cəhd göstəriblər.

İdman.Biz bu barədə “The Telegraph” qəzetinə istinadən məlumat verir.

“Rahim Sterlinqin bu həftə sonu evinə soyğunçuluq cəhdinin qurbanı olduğunu təsdiqləyə bilərik. Həmçinin, həmin vaxt onun və uşaqlarının evdə olduğunu təsdiqləyə bilərik. Bu, şəxsi həyatın və təhlükəsizliyin ciddi şəkildə pozulması olsa da, məmnuniyyətlə bildiririk ki, o və ailəsi təhlükəsizdir. Bu çətin dövrdə Rahimin və ailəsinin şəxsi həyatına hörmət etməyinizi xahiş edirik”, - deyə mənbə Sterlinqin nümayəndəsinə istinadən bildirib.

İngilis futbolçunun evinə 2022-ci ilin dekabrında da soyğunçular basqın etmişdi. Hadisə hücumçunu dünya çempionatında İngiltərə millisinin düşərgəsini tərk eləməyə məcbur etmişdi.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
icma.az

2Sources