EN

Qəzaya uğrayan hərbi yük təyyarəsində neçə nəfər olub? – Türkiyədən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycandan Havaya qalxan Türkiyənin “C-130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qəza ilə bağlı ilkin açıqlama yayıb.

Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada deyilir:

“Azərbaycandan ölkəmizə gəlmək üçün havalanan “C130” tipli yük təyyarəmiz Gürcüstanda qəzaya uğramışdır. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılmışdır. Qəzaya uğrayan təyyarəmizdə uçuş heyəti ilə birlikdə 20 personalımız vardı. Axtarış-xilasetmə işləri davam edir. İctimaiyyətə hörmətlə duyurulur”//MilliTv.NET

Chosen
7
1
millitv.net

10Sources