Xəbər verdiyimiz kimi, Azərbaycandan Havaya qalxan Türkiyənin “C-130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi qəza ilə bağlı ilkin açıqlama yayıb.
Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada deyilir:
“Azərbaycandan ölkəmizə gəlmək üçün havalanan “C130” tipli yük təyyarəmiz Gürcüstanda qəzaya uğramışdır. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılmışdır. Qəzaya uğrayan təyyarəmizdə uçuş heyəti ilə birlikdə 20 personalımız vardı. Axtarış-xilasetmə işləri davam edir. İctimaiyyətə hörmətlə duyurulur”//MilliTv.NET