EN

Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qalıqları tapılıb - Ali Yerlikaya

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ali Yerlikaya “X” hesabında paylaşım edib.

O yazıb: “Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm.

O, ‘C-130’ hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.”

Chosen
13
4
turkic.world

8Sources