AZ

Türkiyənin C-130 təyyarəsinin qalıqları tapıldı - RƏSMİ

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin qalıqları tapılıb.

Musavat.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Yerlikaya “X” sosial şəbəkəsində paylaşımında bildirib:

“Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, ‘C-130’ hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.”

Hazırda bölgədə Türkiyə və Gürcüstan qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Musavat.com

Seçilən
9
4
musavat.com

8Mənbələr